Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq işğalçı Ermənistanın növbəti təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda Milli Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatına dəstək məqsədilə Azərbaycan Texniki Universiteti (AzTU) də ölkədə fəaliyyət göstərən digər qurumlar kimi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək kampaniyasına qoşulub.

 

Universitetdən bildirilib ki, AzTU Silahlı Qüvvələrə Yardım Fonduna 76 min manat ianə edib.