İspaniyanın Kadiz Universiteti Erasmus+KA 107 proqramı çərçivəsində təhsil alacaq Bakı Dövlət Universiteti (BDU) tələbələrinə çağırış edib. Bütün dünyada hökm sürən və ali təhsil müəssisələrinə də təsir göstərən pandemiya səbəbi ilə Kadiz Universiteti Erasmus+KA 107 proqramının 2018 və 2019-cu il layihələrində iştirak etməli olan tələbələrin dərslərini 2020-2021-ci tədis ilinin ikinci semestrinə keçirmək qərarına gəlib. Bildirilib ki, 2019-2020-ci tədris ili üçün nəzərdə tutulan qrantlar 2020-2021 tədris ili üçün paylanılacaq. Bu barədə BDU-dan məlumat verilib.

 

Qeyd olunub ki, İspaniyanın Kadiz Universiteti tərəfindən 2020-2021-ci ilin ikinci semestri haqqında qərar təsdiqlənəcəyi zaman Erasmus + KA107 çağırışı üçün gələn BDU tələbələrinə məlumat veriləcək.