Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları tərəfindən işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 52000 manat vəsait köçürülüb.

 

Universitetdən bildirilib ki, ali məktəbin hər bir əməkdaşı ordumuza maddi və mənəvi dəstək olmağı özünə borc sayır, Azərbaycan əsgəri ilə qürur duyur və möhtəşəm Qələbəyə inanır!