Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 3190 manat vəsait köçürüb.

 

MEK-dən bildirilib ki, cəbhə bölgəsində gedən uğurlu döyüşlər cəmiyyətdə böyük qürur hissi ilə qarşılanır, Daqlıq Qarabağ və ətraf rayonların erməni işğalından tezliklə azad ediləcəyinə inamı artırır.