Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları və tələbələri növbəti uğura imza atıblar.

 

BSU-dan verilən məlumata görə, bu ali  təhsil müəssisəsinin Bolqarıstanın Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva və BSU-dakı Bolqar Tədris-Mədəniyyət Mərkəzinin mütəxəssisi Leyla Ocaqverdiyeva, eləcə də beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Fidan Siraczadə, tərcümə fakültəsinin tələbələri- Aysel Məmmədova, Aydan Babatova, Tərgül Əsədova, Fatimə Əliyeva Bolqarıstan Elmlər Akademiyasının Bolqar Dili İnstitutu tərəfindən keçirilən  imla müsabiqəsində iştirak ediblər.

 

"Yazılanlar qalır. Düzgün yazın!" kampaniyası çərçivəsində təşkil olunan müsabiqə onlayn reallaşdırılıb və müsabiqəyə  BSU-nun  Bolqarıstanın Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi dəstək verib.  

 

Müsabiqənin yekununda adlarıçəkilən əməkdaş və tələbələr səviyyəli yazılarına görə diplomla təltif ediliblər.