BİZ zəfər çalacağıq!


Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı

 

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

 

Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır

 

2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!

 

Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

 

Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!

 

Cəbrayıl şəhəri və rayonunun bir neçə kəndi və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad edilib

 

Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir.

 

Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

 

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-4-5 tarixlərində özünün rəsmi “Twitter” səhifəsində yazıb.