Bakı Ali Neft Məktəbi (BANM) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstəyi mənəvi və vətəndaşlıq borcu hesab edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

 

Təhsil ocağından bildirilib ki, ali məktəbin əməkdaşları işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşları hesabına  adıçəkilən fonda 11 000 manat ianə ediblər.

 

BANM əməkdaşları və məzunları Ali Baş Komandan  İlham Əliyevin döyüş əmrinə hər an hazır olduqlarını qətiyyətlə bəyan edirlər.