Bakı Dövlət Universitetinin (BDU) əsası 1929-cu ildə qoyulan "Bakı Universiteti" qəzetinin xüsusi buraxılışı nəşr edilib. 

 

Təhsil ocağından bildirilib ki, ictimai fikrin formalaşmasında mühüm yer tutan "525-ci qəzet"in “qəzet içində qəzet” formatında çap olunan "Bakı Universiteti" qəzetinin xüsusi sayında BDU-nun professor-müəllim heyəti və tələbələrinin yazıları yer alıb.

 

BDU-nun jurnalistika fakültəsinin tələbələrinin peşəkarlıq laboratoriyası kimi dəyərləndirilən "525-ci qəzet” həm də universitet müəllimlərinin trubunasıdır.

 

Kollektivinin əksər hissəsi Bakı Dövlət Universitetinin yetirmələrindən ibarət olan "525-ci qəzet" 1992-ci ildən etibarən nəşr edilir. Qəzet milli-mənəvi dəyərlərin, ədəbi mühitin, ədəbi-bədii fikrin formalaşmasında, gənc tələbə-jurnalistlərin peşəkarlığının artırılmasında müstəsna xidmətlər göstərib.

 

Qeyd olunub ki, tədrisin keyfiyyətini, mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək, təlim-tərbiyə sahəsindəki uğurları, laboratoriya və kafedralarda aparılan elmi-tədqiqat işlərini, mədəni-kütləvi tədbirləri, tələbə həyatını işıqlandırmaq "Bakı Universiteti" qəzetinin qarşısında duran əsas vəzifələrdir.