Prezident İlham Əliyev 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

 

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2020/2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

https://azertag.az/xeber/2020_2021_ci_tedris_ilinde_Azerbaycan_Respublikasinin_ali_mekteblerine_daxil_olmus_telebelere_Prezident_teqaudunun_verilmesi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1628103