Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağ müzakirələri”nə start verilir.

 

Noyabrın 16-da keçiriləcək ilk müzakirələr “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunacaq.

 

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə millət vəkili Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC İAETİ-nun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər.

 

Müzakirələr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.

 

Mövzu iə maraqlananlar müzakirələrə qoşula bilərlər.