Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəqliyyat fakültəsində bu tədris ilində logistika ixtisasına qəbul olunan birinci kurs tələbələri üçün onlayn master-klass keçirilib.

 

Universitetdən bildirilib ki, Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan İmamquliyev tərəfindən keçirilən master-klasda tələbələrə logistika ixtisasının əsas keyfiyyətlərindən danışılıb. R.İmamquliyev  təsərrüfatların, əhalinin yük və sərnişin daşımalarına olan tələbatlarının tam, vaxtında, keyfiyyətlə ödənilməsi üçün öz məsləhət və tövsiyələrini verib.