Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan xalçalarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi ilə bağlı virtual sərgi təşkil olunub.

        

MEK-dən bildirilib ki, 2010-cu ildən bu siyahıya daxil edilən Azərbaycan xalçaları dekorativ tətbiqi sənətin nadir incilərindən sayılır və öz qədimliyi ilə seçilir. Respublikamız dilbər guşələri,  füsunkar təbiəti, mili-mədəniyyət nümunələri, qədim abidələri ilə yanaşı, həm də nəfis xalçaları ilə dünyada tanınır. Dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı istiqamətində son 10 ildə yüksək nailiyyətlər əldə olunub.

 

Sərgidə “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (Həbibbəyli İ., Muradov V.), “Naxçıvan xalçaçıları” (Muradov V.), “Xalça sənətində haşiyə elementləri və onların quruluşu” (Hüseynov M.),  “Azərbaycan multikulturalizmi”, “Azərbaycan xalçaları: Təbriz qrupu”, “Azərbaycan xalçası ensiklopediyası”, “Boyaqçılıq” (Qasımov M., Muradov V.), “Azərxalça”, “Azərbaycan xalçaları: Qarabağ qrupu” (Muradov V.), “Qazax-Borçalı bölgəsinin xalçaları” (Muradov V.), “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” (Muradov V.), “Azərbaycan xalçası” (R. Tağıyeva), “Azərbaycan xalçaçılıq sənəti” (Muradov V.),  “Azərbaycan xalçaları qrupu”, “Pazırık xalısı: Rəmzlər dünyası” (M. Hüseynov), “Ковры Туркменский ССР”, “Kamil Əliyevin xalça dünyası” və bu kimi başqa xalçaçılıq sənətinin tarixini və incəliklərini əks etdirən kitablar təqdim olunur.

 

Sərginin virtual formatı oxuculara təqdim olunub. Qeyd edilib ki, oxucular noyabr ayının 27-dək davam edəcək virtual sərgini http://mek.az/ saytından və Mərkəzi Elmi Kitabxananın youtube kanalından https://youtu.be/2Xi3dTtZ3xY  izləyə bilərlər.