Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dünya elmində   tanınmış məzunları olan Florida Universitetinin professoru Nazim Muradova və Təl-Əviv Universitetinin professoru Lev Viloneviç Eppelbauma ADNSU-nun fəxri professoru adı verilib.

 

Ali məktəbdən verilən məlumata görə, bu barədə ADNSU-nun Elmi Şurasının iclasında qərar qəbul olunub. Universitetin rektoru, professor Mustafa Babanlı iclada hər iki namizəd haqqında ətraflı məlumat verərək onlara fəxri professor adının verilməsi təklifi ilə çıxış edib. Təklif Elmi Şuranın üzvləri tərəfindən yekdilliklə qəbul olunub.