Azərbaycanı dünyada tanıdan Beynəlxalq Dialoq və İnkişaf Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə "BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğalçı siyasəti" mövzusunda onlayn konfrans keçirib. Konfransda Bakı Dövlət Universitetinin (BDU) müəllimləri də iştirak ediblər.

 

BDU-dan bildirilib ki, onlayn konfransa dövlət və hökümət orqanlarının, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri, Bakı Dövlət Universitetinin müəllimləri, QHT və KİV təmsilçiləri qatılıblar.

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış edərək, Ermənistanın işğalçı mövqeyinin BMT-nin qlobal sülh çağırışlarına təhdid olduğunu bildirib.

 

Konfrans iştirakçıları hər biri öz çıxışlarında Ermənistanın qəsbkar siyasətini pisləyiblər. Konfransda  Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin gələcək inkişafı da müzakirə edilib. Müzakirələrdə regionda və dünyada sülhün təmin edilməsi proseslərində Azərbaycanın rolunun böyük və əhəmiyyətli olduğu vurğulanıb.