Bakı Mühəndislik Universitetinin (BMU) cari tədris ilindən start verdiyi “Teledərs” layihəsi çərçivəsində yeni dərslər təqdim olunub.

 

Universitetin saytında yaradılan “Teledərs” bölməsinə Fizika müəllimliyi ixtisası üzrə 1 laboratoriya dərsi, Biznesin idarə edilməsi, həmçinin Avtomatika və elektroenergetika ixtisasları üzrə  2 nəzəri dərs yerləşdirilib.

 

BMU-dan bildirilib ki, mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasını təmin etmək məqsədilə icra olunan “Teledərs” layihəsi çərçivəsində artıq 24 dərs yayımlanıb. Əsasən ingilis dilində təqdim olunan teledərslər tələbələrin dil bacarıqlarının inkişafına öz töhvəsini verməklə yanaşı, distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasların, eyni zamanda laboratoriya şəraitində öyrədilməsi vacib olan fənnlərin mənimsənilməsində mühüm rol oynayır.  

 

Qeyd edək ki, BMU-da tədrisin 70 faizi ingilis dilindədir. BMU tələbələri ilə bərabər eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də https://beu.edu.az/az/page/teleders-190/ linkinə daxil olaraq təqdim olunan bütün dərsləri istənilən zaman və rahatlıqla izləyə bilərlər.