Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) birdəfəlik dissertasiya şurası yaradılıb.

 

Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan birdəfəlik dissertasiya şurası iki ixtisas üzrə fəaliyyət göstərəcək: “Dinşünaslıq” , “Dinin tarixi və fəlsəfəsi”.

 

Bu barədə institutdan bildirilib. Şuranın yaradılması Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş müvafiq əmrə əsasən həyata keçirilib.

 

Birdəfəlik dissertasiya şurası Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli  Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə uyğun olaraq formalaşdırılıb.

 

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Prezidentinin 9 fevral 2018-ci il tarixli  Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-yə bakalavriat səviyyəsi üzrə “Dinşünaslq” və “İslamşünaslıq”, magistratura səviyyəsi üzrə “Dinin psixologiyası”, “Dinin sosiologiyası”, “Dinlərin tarixi”, “İslamşünaslıq”, doktorantura və dissertantura səviyyələri üzrə isə “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə qəbul həyata keçirilir.