Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin (BDU) işçi heyətinə “Kapital Bank”ın smart təhsil kartları təqdim edilib.

 

Universitetdən bildirilib ki, layihə Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BDU-nun təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilib.
Qeyd edilib ki, ali və orta ixtisas təhsil müəssisələrinin işçi heyəti məvaciblərini smart təhsil kartı vasitəsilə alacaq, eyni zamanda, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər.

 

Həmçinin smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkün olacaq. Gələcəkdə bu kartların əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, müəllimlər üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.
 

Qeyd edək ki, indiyədək “Kapital Bank” tərəfindən smart təhsil kartları Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti,  BDU, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kimi təhsil  müəssisələrinin təhsilalanlarına təqdim edilib. Gələcəkdə digər ali və orta ixtisas təhsil müəssisələrinin təhsil alanlarına və işçi heyətinə də analoji kartların verilməsi planlaşdırılır.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.