UNESCO-nun təşkilatçılığı ilə “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə beynəlxalq dövlətlərarası idarə heyətinin IX onlayn konfransı keçirilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, tədbirdə ölkəmizi “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə beynəlxalq dövlətlərarası idarə heyətinin üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev təmsil edib.

 

Ə.Quliyev konfransda “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kəhrizlərin ermənilər tərəfindən məhv edilməsi” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.