Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlər, onun infrastrukturunun tamamilə yenidən qurulması, rəqabətə davamlı mütəxəssis hazırlığı, beynəlxalq əlaqələrin genişlənməsi bir  sıra müsbət göstəricilərə, eləcə də təhsil müəssisəsinin beynəlxalq reytinq cədvəllərində yer tutmasına  səbəb olur.Aparılmış işlərin uğurlu nəticələrindən biri kimi ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlini hazırlayan təşkilat olaraq -«UI Green Metric»in qiymətləndirilməsində önə çıxmasını misal göstərmək olar.

 

ADAU-dan bildirilib ki, dünya universitetlərinin bu təşkilat tərəfindən aparılmış sonuncu qiymətləndirmələrinin nəticələrinə əsasən,  ali məktəb "Dünyanın ən davamlı universitetləri" reytinqində yer alıb. 

 

Qeyd edək ki, reytinq cədvəlinə Vaqeninqen Universiteti, Oksford Univeristeti, Kaliforniya Universiteti başçılıq edir.«UI GreenMetric» beynəlxalq reytinqində yaşıl şəhərciklərin salınması, bərpa olunan enerji mənbələri, iqlim dəyişkliklərinə qarşı qabaqlayıcı tədbirlərin hazırlanması, tullantıların təkrar emalına dəstək kimi tədbirlərin təşkil olunma sayı əsas meyarlar kimi qəbul olunur.