Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində yaradılan Dil Mərkəzi fəaliyyətə başlayıb.

 

Universitetdən bildirilib ki, məqsəd yerli və əcnəbi tələbələrin karyerada inkişaf perspektivlərini artırmaları üçün əlavə dil öyrənməyə (xüsusilə ingilis dili) yaranan maraq və istəklərinin nəzərə alınmasıdır.

 

Mərkəzdə AzTU tələbələrinə 10 dildə (Azərbaycan, ingilis, rus, ispan, italyan, fransız, portuqal, alman, ərəb və Çin)  ümumi və işgüzar dilin öyrənilməsinin peşəkar, qabaqcıl variantları tədris ediləcək. 

 

Mərkəzdə 10 dildə tərcümə xidmətləri də göstərilir. Mərkəzin digər vacib missiyalarından biri də universitetdaxili mədəni-kütləvi tədbirlərin keçirilməsi və təşkilatçılığı vasitəsi ilə əcnəbi tələbələrin arasında əlaqə yaratmaqdır.

 

Mərkəzin fəaliyyəti haqqında daha ətraflı məlumat almaq üçün  müraciət və sualları [email protected]elektron ünvanına göndərmək  və ya (+99412) 539 11 25 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.