Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Etibar Bədəlov və Tibbi coğrafiya şöbəsinin kiçik elmi işçisi Turanə Hüseynova “İslam dünyasının VI  beynəlxalq coğrafiyaçılar konqresi”ndə iştirak edblər.

 

İştirakçılar Xarəzmi Universitetində keçirilən islam ölkələrinin coğrafiyası, mühiti və iqtisadiyyatının xüsusiyyətlərinə həsr olunan tədbirə onlayn qatılıblar.

 

E.Bədəlov konqresdə T.Hüseynova ilə birgə yazdıqları “İslam ölkələrində urbanizasiya və demoqrafik inkişaf” mövzusunda məqalə ilə çıxış edib. Məqalədə İslam ölkələrində şəhər məskunlaşmasının inkişafı və formalaşması, son illərdə urbanizasiya proseslərinin dinamikası, aqlomerasiya və meqapolislərin demoqrafik inkişafı, ölkə və regionlar üzrə yerləşməsi təhlil edilib. Ölkələrin və onların yerləşdiyi regionların demoqrafik inkişaf xüsusiyyətləri, o cümlədən əhalinin artım tempinin inkişafı, doğum və ölüm prosesləri araşdırılıb. Müsəlman ölkələrində demoqrafik problemlərin həlli yollarının islami norma və dəyərlərə uyğun həyata keçirilməsi tövsiyə edilib.