Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə “Azərbaycan Təhsil Kartı”nın verilməsinə başlanılıb.

 

Universitetdən bildirilib ki, Mərkəzi Bankın dəstəyi ilə vahid formada hazırlanan (“Kapital Bank” və “Mastercard”)  smart kartlar tələbələrə təhsil müəssisəsinə giriş-çıxışın nəzarəti, tələbələrə aid otaqlara daxilolma, təqaüdün alınması, ictimai nəqliyyatda gediş haqlarının ödənilməsi, internet üzərindən, eləcə də universitet daxilində nağdsız ödənişlərin edilməsi, bir sıra ictimai iaşə məkanlarında, ticarət mərkəzlərində endirimlərdən faydalanmaq imkanları yaradır.

 

Hazırda birinci kursları əhatə edən layihə növbəti mərhələdə digər kurslarda təhsil alan tələbələr üçün də tətbiq olunacaq.