Biləsuvar rayon Bağbanlar kənd tam orta məktəbinin direktoru  Nazim Sadıqov  Ali Baş Komandan İlham Əliyevin  Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

 

Nazim  Sadıqov  1977-ci ildə Biləsuvar rayon Bağbanlar kəndində anadan olub.  Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Bağbanlar kənd tam orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Qabaqcıl müəllim olduğundan Biləsuvar Rayon Təhsil Şöbəsi tərəfindən 2000-ci ildə əvvəl direktor müavini, sonra isə direktor vəzifəsinə təyin edilib.

        

Vətən müharibəsi başlayanda,  digər ziyalı müəllimlərimiz kimi o da  torpaqlarımızın erməni işğalçılarından azad olması üçün döyüşlərə yollanıb və  taqım komandiri kimi  xidmətdə olduğu bölük Xocəvənd rayonu istiqamətindəki döyüşlərdə qəhrəmancasına vuruşub.Döyüşlərin birində qolundan qəlpə yarası alan N.Sadıqov   Ağcabədi rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı keçirib. Sonra  Neftçala rayon Mərkəzi Xəstəxanasında və Şəmkir Hospitalında müalicə alıb. Hazırda isə müalicəsini evdə davam etdirir.

 

Üç azyaşlı övladı olan müəllimi "Cəsur döyüşçü" medalı alması münasibətilə təbrik edirik.

 

Şakir CƏFƏROV