Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun gənc mütəxəssisi Aydan Zeynalova Clarivate Analytics şirkəti tərəfindən təşkil olunan və Web of Science platformasında yerləşən məlumat bazalarından biri - RSCI (Russian Science Citation Index)  elmi nəşrlərlə bağlı bilgilərə həsr olunmuş “RSCI Biliciləri” (“Знатоки RSCI”) adlı beynəlxalq yarışmanın 5-ci həftəsində iştirak edib. Ümumilikdə yarışmada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukraynadan 127 nümayəndə mübarizə aparıb və 6 iştirakçı qalib seçilib.

 

A.Zeynalova 3 ölkə daxilində (Azərbaycan, Belarus və Qazaxıstan) aparılan mübarizədə qalibiyyət ələ edib. Qaliblərə Clarivate Analytics şirkəti tərəfindən mükafatlar təqdim olunacaq.