Azərbaycan Dövlət Pedaqoji Universiteti  (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) Zoom platforması üzərindən  XV illik Hesabat konfransı keçirilib.

 

100-dən artıq fəal TGT üzvünün qatıldığı konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov, strateji inkişaf üzrə rektor müşaviri Ümid Mehdiyev, həmçinin bir neçə fakültə dekanları və dekan müavinləri iştirak ediblər.

 

Rektor C.Cəfərov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə iştirakçıları təbrik edib, Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin, o cümlədən ADPU tələbələrinin həm ön, həm də arxa cəbhədə fəaliyyətini yüksək dəyərləndirib.

 

ADPU TGT sədri İsmayıl Nəsirov son 1 il ərzində təşkilatın gördüyü işlərin hesabatını təqdim edərək diqqətə çatdırıb ki, mövcud reallıqlar nəzərə alınaraq tələbələrin asudə vaxtının təmini məqsədi ilə 200-dən artıq onlayn layihə icra olunub. Həmçinin informasiya savaşı, Vətən müharibəsi şəhidlərinin tanıdılması istiqamətində bütün ADPU tələbələri fəal iştirak ediblər.

 

Çıxış edənlərdən  professor Fikrət Rzayev, professor Fərrux Rüstəmov, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və digərləri pandemiya, eləcə də Vətən müharibəsi dövründə ADPU TGT-nin fəaliyyətindən razı qaldıqlarını ifadə ediblər.

 

Konfransın yekununda TGT-nin 2020-ci ildəki işində göstərdikləri uğurlu ictimai fəaliyyətə görə bir sıra tələbələr onlayn qaydada mükafatlandırılıb.