Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində 2020/2021-ci tədris ili üzrə magistrantların qış imtahan sessiyası keçirilir.

 

Müəyyən olunan qrafikə əsasən, Fizika, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Geologiya və Geofizika, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Fəlsəfə və Sosiologiya, Tarix, İqtisadiyyat, Coğrafiya institutlarında və Şamaxı Astrofizika Rəsədxanasında təhsil alan I və II kurs magistrantlardan onlayn formada imtahanlar qəbul olunub.

 

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin və müvafiq institutların Təhsil şöbələri əməkdaşlarının da iştirak etdiyi imtahanlar uğurla keçib.

 

Qeyd edək ki, AMEA-nın magistraturasında qış imtahan sessiyası cari ilin fevral ayının 2-də başa çatacaq.