Azərbaycan  Milli Elmlər Akademiyası Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) və Qazaxıstan Respublikası tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunan Əl-Farabi Qlobal Forumunda iştirak edib.

 

İki günlük konfrans böyük mütəfəkkir, müsəlman filosofu Əbu Nəsr Əl-Fərabinin 1150 illiyi şərəfinə təşkil olunub. Tədbirdə Əl-Farabinin dünya elminə töhfələri, əsərlərinin dünya mədəniyyətinə və  gələcək intellektual mühitə təsiri, eyni zamanda müasir dövr üçün aktuallığı müzakirə edilib.

 

İclasda Pakistanın Prezidenti Arif Alvi, COMSTECH-in direktoru Məhəmməd İqbal Çaudari, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Oksford Universitetinin professoru Fərhan Nizami, Münhen Universitetinin professoru Peter Adams və bir çox nüfuzlu alimlər iştirak ediblər.

 

Tədbirə, umumilikdə Pakistan, İngiltərə, Qazaxıstan, Azərbaycan, Kamerun, Nepal, Somali və Sudandan 120-dən çox alim qatılıb. Forumun sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, professor İqbal Çaudari və Qazaxıstanın səfiri Akan Rəhmatullin tərəfindən sertifikata layiq görülüb.