Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Virtual dekanlıqda Zoom platforması üzərindən həftə içi hər gün tələbə və magistrlərin müraciətləri dinlənilir.

 

UNEC-dən bildirilib ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) ötən həftə 60-a yaxın magistrantla açıq qapı formatında görüş keçirilib. BMDM-in direktoru dosent  Fariz Əhmədov və mərkəzin müavini, katibi, proqram rəhbərləri, katibliyin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə magistrantların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

 

Qeyd edək ki, görüşlər ötən ilin 11 dekabrından başlayıb və müəyyən olunmuş qrafikə əsasən, BMDM-də I, IV,V günlər mərkəzin direktorunun iştirakı ilə keçirilir.