Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən qüdrətli söz və fikir ustadı, dahi şair Nizami Gəncəvinin parlaq irsini özündə əks etdirən nəşrlərdən ibarət iki hissəli “Nizami Gəncəvi-880” adlı videoslayd hazırlanıb.

 

Videoslayda MEK-in zəngin fondlarında qorunan Azərbaycan və xarici dillərdə, ümumilikdə yüzə yaxın nəşrlərdən seçmələr daxil edilib.

 

N.Gəncəvinin "Xəmsə"sindən "Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” əsərləri, görkəmli şərqşünas, nizamişünas alimlərin dəyərli araşdırmaları, tərcümələri haqqında məlumatlar yerləşdirilib.

 

Həmin videoslaydların III hissəsini oxucular MEK-in sosial şəbəkələrindən izləyə bilərlər.

 

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir N.Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.