Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) türkiyəli mütəxəssislərlə onlayn görüş keçirilib.

 

Universitetin  tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova görüş iştirakçılarına ölkəmizdə kənd təsərrüfatının mövcud vəziyyəti, bu sahədəki artımlar və gələcək layihələr barədə məlumat verib.

 

Türkiyə Cümhuriyyətindən Beynəlxalq Sosial Sahibkarlıq Məlumatları və Paylaşma şəbəkəsi olan “Social Business Global” layihəsinin rəhbəri  İsmail Hilmi Adıgüzel,  bələdiyyələr üçün təşəbbüşkarlıq üzrə məsləhətçi Mine Atamandanın çıxışları ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra ADAU-nun Tələb Elmi Cəmiyyətinin sədri Elvin Ağayev çıxış edib.

 

Görüşdə universitet tələbələrinin kənd təsərrüfatı üzrə sahibkarlıq fəaliyyətinin artırılması, tələbələrin qarşılıqlı əlaqə yaradaraq təcrübələr və təlimlər keçməsindən danışılıb.

 

 Bu barədə ADAU-dan bildirilib.