İsveçin Stokholm şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunan “Elm və təhsil: dünən, bu gün və sabah” ("Science and Education: yesterday, today, tomorrow") adlı X Beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dissertantı və müəllimi Günay Ağamalıyeva "Enhancing the Practical Relevance of Graduation Works in Higher Education Institutions in Azerbaijan" ("Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin buraxılış işlərinin praktiki əhəmiyyətinin artırılması") mövzusunda təqdimatla çıxış edib.

 

BDU-dan bildirilib ki, məruzədə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbələrin buraxılış işlərinin keyfiyyətinin və praktiki əhəmiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda tədqiqat metodları, statistik analiz, indeks-şkala, akademik yazı qaydaları, tədqiqatın məzmun keyfiyyəti, elmi işin praktiki faydaları ilə bağlı geniş məlumat verilib.

 

Məlumat üçün qeyd edilib ki, onlayn konfrans Beynəlxalq Kadrlar Akademiyasının (UNESCO), Gothenburg Universiteti (İsveç), Qafqaz Universiteti (Türkiyə), Umea Universiteti (İsveç) ​və Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə baş tutub.