Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) British Council tərəfindən təşkil olunan “English Club” professional ingilis dili dərslərinə fevral ayından  start verilir.

 

AzMİU-dan bildirilib ki, dərslər tələbələr üçün ödənişsiz həyata keçirilir. Dərslərdə iştirak üçün 100-dən artıq tələbə artıq qeydiyyatdan keçib və onlar xüsusi onlayn paltformada ingilis dili səviyyəsinin müəyyənləşdirilməsi üçün imtahan olunublar.  İmtahan zamanı A2 səviyyədə olan tələbələr arasından 25 nəfər seçilib və onlar tezliklə dərslərə başlayacaq.

  

Kurs  6 ay davam edəcək. Tələbələr kurs zamanı ingilis dilinin iş həyatında, sahibkarlıq fəaliyyətində düzgün tətbiqi, həmçinin ingilis dilində təqdimat bacarıqlarının inkişaf etdirilməsi biliklərinə yiyələnəcək.

   

Kursun sonunda hazırlıqlı  tələbələr British Council tərəfindən imzalanan xüsusi sertifikat əldə edəcək.

   

Qeyd edək ki, "English Club" kursları AzMİU-da 2019-2020-ci dərs ilində də uğurla tətbiq edilib və 20 tələbə sertifikatla təmin olunub. Dərslər ötən il olduğu kimi, İngiltərənin Leicester Universitetinin məzunu Türkan Əliyeva tərəfindən aparılacaq.