Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun həmmüəllifi olduğu elmi məqalə impakt faktoru 1.78 olan “Journal of Modern Optics” jurnalında dərc edilib.

 

Müəllif sualtı obyektin səth dalğaları ilə təhrif olunmuş ani görüntülərinin bərpası metodunu işləyib hazırlayıb. Bu metod iki müstəqil hissədən - Günəş (və ya lazer) pariltılarının koordinatları və ölçülərindən istifadə edərək dalğalı dəniz səthinin ani relyefini təyin edən alqoritmdən və səth dalğaları ilə təhrif olunmuş sualtı obyektin ani görüntüsünü bərpa edən alqoritmdən ibarətdir. Metodun effektivliyi riyazi modelləşdirmə və hovuzda aparılan təcrübələrlə öz təsdiqini tapıb. Bu metodun köməyi ilə naməlum obyektin formasını və obyektin yerləşdiyi dərinliyi təyin etmək mümkündür.

 

Bu barədə Coğrafiya İnstututundan bildirilib.