Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “CISCO” şirkəti arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən universitetin Kompüter mühəndisliyi kafedrasının 5 müəllimi “Cisco Şəbəkə Akademiyası”-nın İT Essentials (İT-nın Əsasları) kursu üzrə təlimlərini başa vurub.

 

ADNSU-dan bildirilib ki, kursu bitirən iştirakçılar sertifikatla mükafatlandırılıb  və  “Cisco Şəbəkə Akademiyası”-nın tədris materialları əsasında tələbələrə dərs vermək imkanı əldə ediblər.

 

Qeyd edək ki universitetlə şirkət arasındakı memorandumda informasiya texnologiyalarının əsasları, proqramlaşdırma dilləri, əşyaların interneti, linux əməliyyat sistemi və digər müvafiq kursların ali məktəbin tədris proqramına tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə,  memoranduma əsasən gələcəkdə həm müəllim, həm də tələbələrin öz bilik səviyyələrini artırmaq, mütəxəssis kimi yetişmələri üçün digər təlim kurslarını da mənimsəmələri nəzərdə tutulub:

  • Python
  • CyberSecurity
  • Introduction to IoT
  • Linux
  • CCNA və CCNP