Çində şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağa qoyulub. Qərar şagirdlərin görmə qabiliyyətini qorumaq, habelə onların diqqətinin internet və video oyunlarına yönəldiməsinin qarşısını almaq məqsədi daşıyır.

 

Ölkənin Təhsil Nazirliyinin qərarına əsasən, ibtidai (1-6-cı siniflər) və orta məktəb (7-9-cu siniflər) şagirdləri sinif otaqlarına mobil telefon gətirə bilməzlər. Müxtəlif vacib səbəblərdən mobil telefon gəzdirməli olan şagirdlərin valideynləri əvvəlcədən məktəb rəhbərliyinə yazılı müraciət etməlidirlər. Həmin şagirdlər məktəbə daxil olarkən telefonları məktəbin məsul şəxslərinə təhvil verməlidir və yalnız dərslər bitəndən sonra geri götürə bilərlər.

 

Qərara əsasən, müəllimlərə mobil telefonlar vasitəsilə şagirdlərə tapşırıq vermək və tapşırıqların mobil telefon vasitəsi ilə həllini tələb etmək də qadağan olunub.

 

Azərtac