Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclasında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan YAŞAT Fonduna 50 min manat, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa, abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin, rifahın davamlı artmasına dəstək məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna isə 100 min manat ianə edilməsi haqqında qərar qəbul olunub.

 

Bu barədə BDU-dan məlumat verilib.