Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin  İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib.

 

Universitetdən bildirilib ki, Şura üzvləri -Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Nərminə Əliyeva, Məzahir Babayev, Bəhruz Nəzərov onlayn imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin imtahana hazırlığı, həmçinin onlayn imtahan prosesi üçün yaradılan şəraitlə tanış olublar.

 

Millət vəkilləri A.Mirzəzadə və  H.Babaoğlu ADNSU-da imtahanların gedişatını izlədikdən sonra fikirlərini bölüşüblər.  Onlar imtahan üçün yaradılan şəraiti, imtahana nəzarət prosesini, eyni zamanda müəllim və tələbələrin  imtahanlara hazırlığını yüksək qiymətləndiriblər.

 

Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər.

 

Rektor M.Babanlı ADNSU-da onlayn imtahanların keçirilməsi üçün görülən işlər barədə İctimai Etimad Şurasının üzvlərinə məlumat verib.