Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir.

 

BDU-dan verilən məlumata görə, 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması, obyektiv qiymətləndirmənin,  imtahanlar zamanı şəffaflığın, obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyası onlayn fəaliyyət göstərib.

 

Bu günədək imtahanlarda iştirak edən tələbələrdən 105 nəfər imtahan nəticələri ilə əlaqədar Apelyasiya Komissiyasına müraciət edib. Müraciətlərin böyük hissəsi iddiaçıların xeyrinə həll olunub.