Bakı Dövlət Universitetinin (BDU) Enactus komandası EASA (Euroasian Startup Awards) beynəlxalq yarışında EcoPrint layihəsi ilə iştirak edib.

 

EASA beynəlxalq yarışında hər il 9 ölkədən 12 müxtəlif kateqoriya üzrə startapların yarışı keçirilir. 2021-ci il 5 fevral tarixində Grand finalda 2020-ci ilin qalibləri açıqlanıb.

 

Finalda BDU Enactus komandası Ecoprint layihəsi ilə  "Best Virtual Teamwork Solition" kateqoriyasında Azərbaycan və regional finalın qalibi olub.

 

Qeyd edək ki, bu il yarışmaya komandalar müxtəlif kateqoriyalarda 3300 startapla qatılıb.

 

Bu barədə BDU-dan bildirilib.