Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Klinika - təməl fənlərdə" adlı vebinar keçirilib.

 

Universitetdən bildirilib ki, tibbi genetikaya həsr olunmuş bu dəfəki vebinarda I müalicə-profilaktika, II müalicə-profilaktika,  stomatologiya, ictimai səhiyyə, hərbi tibb və əczaçılıq fakültələrindən 180-ə yaxın tələbə iştirak edib.

 

Dosent Rəna Rzayeva tibbi biologiyanın və genetikanın müasir dövrdə böyük əhəmiyyət daşımasından bəhs edib.

 

Açılış nitqindən sonra ATU-nun  I Uşaq xəstəlikləri kafedrasının dosenti Səbinə Qarayeva, Tibbi biologiya və Genetika kafedrasının əməkdaşları, dosent Leyla Süleymanova, dosent  Əflatun Əzizov, baş müəllim Ramin Həşimov tibbi genetikaya aid müxtəlif mövzularda situasiya tipli məsələlərin genetik və  klinik izahını veriblər. Çıxış edənlərin hər biri bu məsələlərin diaqnostikası, müalicəsi və s. haqqında ətraflı danışıblar.