İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin  tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün mühazirə keçib.

 

Akademiyadan bildirilib ki, onlayn keçirilən mühazirə "Bəstəkarlıqda yeni istiqamətlər - 2" ("New directions in composition - 2") mövzusunda olub.  

 

BMA-nın  beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova  Flodinə mühazirələrin keçirilməsinə görə təşəkkürünü bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.

 

Mühazirədə BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, Bəstəkarlıq kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova,  BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və  tarix-nəzəriyyə fakültəsinin tələbələri iştirak ediblər.

 

Qeyd edək ki, bu, bəstəkarın tələbələr üçün ikinci mühazirəsidir.  İlk mühazirə  ötən ilin sonunda "Bəstəkarlıqda yeni istiqamətlər - 1" ("New directions in composition - 1") mövzusunda təşkil olunmuşdu.