Qazaxıstanın Azərbaycandakı səfirliyinin I katibi Akbota Mussabayeva Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

 

MEK-in direktoru, professor Məmməd Əliyev kitabxananın fəaliyyəti və tarixi ilə bağlı qonağa ətraflı məlumat verib,  rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətindən və bu fəaliyyətin nəticəsi olaraq bir çox xarici ölkələrlə kitab mübadiləsi barədə qurduqları əlaqələrdən danışıb.

 

Akbota Mussabayeva göstərdiyi diqqətə görə professor Məmməd Əliyevə minnətdarlığını bildirib və gətirdiyi kitabları MEK-ə təqdim edib. Əsasən rus və ingilis dillərində olan həmin kitablarda Qazaxıstan dövləti, onun coğrafiyası, müasir şəhər arxitekturası, tarixi və digər mənbələr yer alıb.

 

Görüşdə həmçinin. Qazaxıstanda fəaliyyət göstərən akademik kitabxanalarla birgə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və yaxın zamanlarda bu əməkdaşlığın reallaşdırılması ilə bağlı qərar qəbul edilib.