Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı” layihəsi çərçivəsində növbəti onlayn müzakirə təşkil olunub.

 

Müzakirədə Steinbeis Transfer Menecment LTD-nin əməkdaşı Jürgen Razner, layihənin ekspertlərindən Turan Süleymanov, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent  Anar Hətəmov, ADAU İnnovasiyalar mərkəzinin əməkdaşları Fərrux Rəhimov və Elvin Ağayev iştirak ediblər.

 

Jürgen Razner təmsil etdiyi şirkət və layihədə icra olunacaq işlər haqqında məlumat verib.

 

Müzakirələr daha sonra səslənən suallar ətrafında davam edib.  

 

Qeyd edək ki, universitetin iştirak etdiyi bu layihə Koreyanın “e-Asiya Bilik və Tərəfdaşlıq Fondu”nun qrantı əsasında həyata keçiriləcək.

 

Layihə ötən ilin noyabrında  Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Asiya İnkişaf Bankının Azərbaycandakı Rezident Missiyası arasında imzalanan “Texniki Yardıma dair Anlaşma Memorandumu” əsasında icra olunur.