Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə “Könüllülərin idarə edilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı” mövzusunda növbəti təlim keçirilib.

 

Təlim icra hakimiyyətinin könüllü fəaliyyəti üzrə çalışan şəxsləri üçün onlayn formada təşkil olunub.

 

Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Bu baxımdan təlimin əsas məqsədi ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülərin rolunun qiymətləndirilməsidir. Təlimdə dinləyicilərə bu mövzuda  biliklər çatdırılıb, onlarla fikir mübadiləsi aparılıb.

               

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili  Şahin Seyidzadə “Könüllülərin idarəedilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı” mövzusunda dinləyicilərə mühazirə oxuyub.

 

Bu barədə DİA-dan məlumat verilib.