Azərbaycan Milli Elmlər Akademiyasının  Botanika İnstitutunda Botanika, Mikologiya, Ətraf mühitin idarə olunması və bioloji monitorinq, Bitki fiziologiyası ixtisasları üzrə I və II kursda  təhsil alan magistrantların attestasiyası keçirilib.

 

İnstitutun direktoru, akademik Validə Əlizadənin sədrliyi ilə keçirilən attestasiyada komissiya üzvləri II kurs magistrantların dissertasiya işlərinin gedişatı ilə tanış olublar.

 

Magistrantların qış imtahan sessiyasının nəticələri, fərd iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirak, nəzəri və çöl tədqiqatlarına aid məsələlər müzakirə edilib.

 

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.