Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbə və məzunların əziz xatirəsinə həsr olunan “Vətən sağ olsun” animasiyası hazırlanıb. Universitetdən bildirilib ki, animasiya şəhidlərə hörmət və ehtiramı ifadə edir.

 

Rəssam Naqiyə Rzayevanın qumla yaratdığı animasiyanı Emin Hüseynov və AzTU-nun məzunu Nazim Şərbətov lentə alıb. 10 dəqiqəlik videoda qəhrəmanların universitetə daxil olduğu ildən şəhid olduğu dövrədək bütün məqamlar əks olunub. Qeyd edilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

 

https://www.youtube.com/watch?v=sOebFiNa80s