Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura pillərində praktiki məşğələlər tələb edən ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və tələbələrin fiziki iştirakı zəruri sayılan fənlər üzrə tədris ənənəvi formada bərpa olunub.

 

Universitetdən bildirilib ki, BDU-nun fizika, kimya, biologiya, ekologiya və torpaqşünaslıq, geologiya və şərqşünaslıq fakültələrində bəzi ixtisaslar üzrə tələbələr xüsusi dərs cədvəli əsasında, növbəlilik prinsipi qorunmaqla ənənəvi formada laboratoriya dərslərinə cəlb edilib. Digər dərslər isə onlayn formada davam etdirilir.

 

BDU-da tədris prosesini təmin etmək üçün geniş və zəruri avadanlıqlarla təchiz olunmuş laboratoriyalar hazırlıq vəziyyətinə gətirilib. Karantin rejiminin tələbələrinə ciddi riayət olunur. Sosial məsafənin qorunması üçün növbəli dərs cədvəlləri qurulub, tələbələr arasında məsafənin 1,5 metrdən az olmaması təmin edilib.