Fevralın 15-dən Azərbaycan Tibb Universitetində (ATU) əyani dərslər başlayıb.

 

Universitetin Tədris Terapevtik Klinikasında ənənəvi  təhsilin başlanması  və müalicə işinin daha da təkmilləşdirilməsi məqsədilə toplantı keçirilib.

 

Tədbirdə klinikanın Pediatriya, Terapiya, Endokrinologiya, Nefrologiya, Kardiologiya, Revmotologiya, Qastroenterologiya, Nevrologiya, Şüa diaqnostika, Reanimasiya, Fizioterapiya və Hematologiya şöbələrinin həkim-rezidentləri iştirak ediblər.

 

Toplantıda əyani təhsilin başlanması ilə əlaqədar olaraq həkim-rezidentlərin vəzifələri, öhdəlikləri, rotasiyaların bölünməsi, seminarların təşkili və digər məsələlər müzakirə olunub.

 

Klinikanın direktoru, professor Surxay Musayev, ATU-nun Rezidentura şöbəsinin müdiri, professor Nailə Sultanova, direktorun müavini Samir Allahverdiyev və direktorun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva tərəfindən həkim-rezidentlərin sualları cavablandırılıb.

 

Bu barədə ATU-dan bildirilib.