Tədbir "Sağlamlığa Xidmət" İctimai Birliyi və Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı (TB REP 2.0) və Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə baş tutub.

 

 

Daha sonra çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri  Edvard Karvardin COVID-19 haqqında məlumatlandırma, pandemiya dövründə uşaqlara dəstək olma, onların bu prosesdən ən az təsirlənməsi ilə bağlı UNICEF tərəfindən həyata keçirilən layihələr barədə danışıb. Edvard Karvardin qeyd edib ki, vərəmlə mübarizə də pandemiya dövründə unudulmamalı və vərəmə yoluxan uşaqların müalicə və qayğıya əlçatanlığı təmin olunmalıdır.

 

 

Stop TB Tərəfdaşlığının icraçı direktoru Lucica Ditiu və Moldovanın Səhiyyə Siyasəti və İslahatlar Mərkəzinin direktoru Stela Bivol, Azərbaycan Valideyn-Müəllim Assosasiyasının icraçı direktoru Şahin Rəcəbov və Azərbaycan üzrə Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı vərəmlə mübarizədə diqqət çəkilməli məsələlərdən birinin pediatrik vərəm olmasını vurğulayıblar. Bildirilib ki, COVID-19 virusu uşaqlara az təsir etsə də, vərəm onlardan yan keçmir və hər il dünyada 1 milyondan çox insan vərəmə yoluxur. 

 

 

 

 

<p style="box-sizing: inherit; font-family: " segoe="" ui",="" -apple-system,="" blinkmacsystemfont,="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" margin-top:="" 0px;="" font-size:="" 16px;="" color:="" rgb(33,="" 37,="" 41);="" text-align:="" justify;="" margin-bottom:="" 0px="" !important;"=""> Sonda  Tık-tık xanım və Cırtdanın dialoqu dinlənilib, şagirdlər- Çiçək Hüseynli və Ziya Nəsibli "Vərəm və COVID-19" mövzusunda əhvalat danışıb, Nuray Rəhman isə “Mənə bir nağıl danış, ata” adlı mahnını ifa edib. Vərəmdən dünyasını dəyişmiş Frederik Şopenin xatirəsinə Bakı Musiqi Akademiyasının tələbəsi Zöhrə Ramazanlı tərəfindən “Nokturn” əsəri pianoda ifa olunub.