Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Elxan Hüseynovun təşəbbüsü ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı olaraq şəhid və qazi ailələrini ziyarət edir.

 

Universitetdən bildirilib ki, SDU-nun prorektorları növbəti dəfə Vətən Müharibəsində yaralanmış qazilərimiz - Ziya Rzayev, Ayaz Sadiqov və Anar Əsədovun ailələrində olublar.

 

Ali məktəbin rəhbərliyi onların qayğıları, səhhətləri ilə maraqlanıb, Müzəffər Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçularının keçdikləri şərəfli döyüş yolundan danışıblar.

 

Möhtəşəm qələbənin xalqımızın birliyi və həmrəyliyi sayəsində əldə olunduğunu bildirən Vətən Müharibəsi qaziləri şəhid ailələrinə və Qarabağ uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə ediblər.